- Baxış sayı: 145
- 08 May 2026 23:17
- Baxış sayı: 212
- May 08, 2026
- 0

“Milan”ın futbolçusu Alessandro Florensi karyerasını bitirib.
Allsport.az xəbər verir ki, 34 yaşlı müdafiəçi bu barədə instaqramda məlumat yayıb.
İtaliya millisi ilə AVRO-2020-nin qalibi olan oyunçu 2021-ci ildən “Milan”da çıxış edirdi. O, “rossoneri”lərlə İtaliya çempionu və ölkə superkubokunun qalibi olub.
Florensi peşəkar karyerasının böyük hissəsini (2010-2022) keçirdiyi “Roma”nın yetirməsidir.