Avropa və dünya çempionatının seçmə mərhələ oyunları üçün heyət açıqlanıb

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində EBSL-2021 Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Allsport.az xəbər verir ki, milli seçmə mərhələdə iyunun 17-də Portuqaliya, ertəsi gün Ukrayna, iyunun 19-da isə Almaniya komandası ilə üz-üzə gələcək.

Azərbaycan millisi AÇ-nin seçmə oyunlarından sonra 21-27 iyun tarixlərində dünya çempionatının seçmə mərhələsində iştirak edəcək və püşkə əsasən İsveçrə və Fransa milli komandaları ilə qarşılaşacaq. Azərbaycan yığmasının seçmə mərhələlər üçün heyətinə 12 futbolçu çağırılıb.

  1. Elçin Qasımov
  2. Vaqif Şirinbəyov
  3. Elşad Manafov
  4. Renat Sultanov
  5. Orxan Məmmədov
  6. Əbdül Əliyev
  7. Comərd Baxşəliyev
  8. Amid Nəzərov
  9. İlkin Haciyev
  10. Asif Zeynalov
  11. Ramil Əliyev
  12. Sabir Allahquliyev.

Həmin kateqoriyadan