Avstriya klubundan Mahir açıqlaması

Avstriyanın “Şturm” klubunun idman direktoru Andreas Şiker “Qarabağ”ın hücumçusu Mahir Əmrəlini transfer edəcəkləri barədə yayılan xəbərlərə münasibət bildirib. Allsport.az “kleinezeitung.at” saytına istinadla xəbər verir ki, klub rəsmisi 23 yaşlı hücumçu ilə maraqlanmadıqlarını deyib:

“Bu, tamamilə cəfəngiyyatdır. Bizim forvard transferi ilə bağlı heç bir kluba müraciətimiz olmayıb. Əsas hücumçumuz Bəkim Balyay komandada qalır. Onun Türkiyə klubuna keçəcəyi ilə bağlı xəbərlər də həqiqəti əks etdirmir”.

Mahir bu mövsüm keçirdiyi 17 oyunda 11 qol vurub, 2 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan