- Baxış sayı: 37
- 25 İyun 2026 04:08
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0
Almaniya ikinci Bundesliqasında 10-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Əratın komandası – “Fortuna” da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisi səfərdə “Kayzerslautern”lə qarşılaşıb. Qarşılaşma futbolçumuzun komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu mövsüm daha çox “Fortuna”nın U-23 komandasının heyətində meydana çıxan Toğrulun adı əsas komandanın ilk 18-liyində yer alsa da, o, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, “Fortuna” geridə qalan turlarda cəmi 6 xal toplayıb və 18 klub arasında 16-cı pillədə qərarlaşıb.