“Ayntraxt” Emil Balayevin əməliyyatı ilə bağlı xəbəri doğma dilimizdə yaydı

Azərbaycan yığmasının və Almaniyanın “Ayntraxt” klubunun qapıçısı Emil Balayev ikinci dəfə əməliyyat olunub. Allsport.az xəbər verir ki, bu barədə Frankfurt təmsilçisi “facebook”dakı rəsmi səhifəsi vasitəsilə də məlumat yayıb.

Maraqlıdır ki, “Ayntraxt” Emillə bağlı bu rəsmi açıqlamanı Azərbaycan dilində təqdim edib. Həmin məlumatı olduğu kimi təqdim edirik:

“Dünən Emil Balayevin onurğa sütunu üzərində cərrahiyə əməliyyatı keçirilmişdir. Ümumən əməliyyat uğurla keçirildi. Təəssüflər olsun ki, Emil uzunmüddətli şəkildə yaşıl meydanlardan kənar qaldı. Sağal”!

Həmin kateqoriyadan