- Baxış sayı: 52
- 26 Sentyabr 2023 15:03
- Baxış sayı: 38
- Sentyabr 27, 2023
- 0
Allsport.az xəbər verir ki, 20 may tarixindən etibarən “Sabah” və “Gəncə” arasında baş tutacaq final seriyasının oyunlarına start veriləcək. İlk görüş 20 may saat 19:30 -da “Sərhədçi” idman mərkəzində keçiriləcək. Final seriyasında 2-ci oyun 22 may, 3-cü oyun isə 24 may saat 19:30 -da “Sərhədçi” idman mərkəzində oynanılacaq.
Reqlamentə əsasən super seriyada ən tez üç qələbə qazanmış kollektiv Azərbaycan basketbol liqasının çempionu olacaqdır. Bundan əlavə, 19 may saat 19:30 -da NTD və AAAF Xırdalan komandaları arasında bir oyundan ibarət 3-cü yer uğrunda görüş baş tutacaqdır.