Azərbaycan güləşçisi qitə çempionu oldu

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U23 Avropa çempionatı davam edir.

Allsport.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da medalçılar müəyyənləşib.

Ceyhun Allahverdiyev (61 kq) finalda ermənistanlı Levik Mikayelyana 1:2 hesabıyla məğlub olub və U-23 Avropa çempionatında gümüş medal qazanıb.

Ağanəzər Novruzov (74 kq) həlledici görüşdə rusiyalı İsmayıl Xaniyevlə qarşılaşıb. İlk hissədə 0:5 geri düşən pəhləvan görüşün sonlarında fəallaşıb. Rəqibindən 4 xal almağı bacaran Novruzov minimal fərqlə məğlub olub və fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Arseniy Djioyev (86 kq) finalda fransalı Rəhim Məhəmmədovla üz-üzə gəlib. Görüşün əvvəlindən sonunadək dominant olan milli təmsilçisi 9:2 hesablı qələbəylə Avropa çempionu olub və Tiranada himnimizi səsləndirib.

Sadiq Mustafazadənin (92 kq) bürünc medal uğrunda gürcüstanlı Sandro Kuraşviliylə qarşılaşması gərgin mübarizə şəraitində keçib. Rəqibini 5:3 hesabıyla üstələyən Sadiq bürünc medalı boynundan asıb.

Yusif Dursunov (125 kq) gündüz seansında baş tutan təsəlliverici görüşdə rusiyalı Artyom Puxovskini mübarizədən kənarlaşdırıb – 4:2. O, axşam seansında isə türkiyəli Efe Ala isə “tuş”la qalib gələrək üçüncü yeri tutub.

Həmin kateqoriyadan