Azərbaycan – İtaliya matçını Bakı ermənisi şərh edəcək

Azərbaycan və İtaliya milli komandalarıarasında keçiriləcək Avropa-2016-nın seçmə matçını şərh etmək erməni Nobel Arustamyana həvalə olunub. Allsport.az saytı xəbər verir ki, oyunu Rusiya telekanalı “NTV+ Futbol 2” yayımlayacaq.

Görüş oktyabr ayının 10-da Bakıda keçiriləcək və saat 21.00-da başlanacaq. Nobel Arustamyan italyan futbolu üzrə mütəxəssis hesab edilir. O, “NTV-Plus” kanalında İtaliya çempionatı matçlarını şərh edir.

Qeyd edək ki, rusiyalı reporytor 1987-ci ildə Bakıdan anadan olub.

Həmin kateqoriyadan