Azərbaycan kubokunun püşkü atıldı

Bu gün Azərbaycan kubokunun 2015/2016-cı illər mövsümünün püşkatma mərasimi keçirilib. Allsport.az xəbər verir ki, AFFA-nın inzibati binasında reallaşan püşkatma mərasimində 19 komanda iştirak edib.

Turnirdə Topaz Premyer Liqasının 10 komandası ilə yanaşı, I Divizionun 9 klubu da qüvvəsini sınayacaq.

Topaz Premyer Liqasında çıxış edənlər: “Qarabağ”, “İnter”, “Qəbələ”, “Neftçi”, AzAL, “Xəzər Lənkəran”, “Sumqayıt”, “Rəvan”, “Kəpəz”, “Zirə”.

I Divizionda çıxış edənlər: “Bakı”, “Neftçala”, “Qaradağ Lökbatan”, “Turan Tovuz”, “Şahdağ”, “Şəmkir”, “Mil Muğan”, MOİK, “Şərurspor”.

Qeyd edək ki, divizion klublarından “Ağsu”, “Zaqatala”, “Bakılı”, “Göyəzən” və “Energetik” ölkə kubokunda iştirak etmək istəməyib.

Püşkatma nəticəsində ölkə klubları bir-birinə aşağıdakı qaydada rəqib olublar:

1/16 final mərhələsi
14 oktyabr (çərşənbə)

MOİK – “Turan Tovuz”
“Şahdağ” – “Şəmkir”
“Şərurspor” -“Qaradağ Lökbatan”

1/8 final mərhələsi
2 dekabr (çərşənbə)

MOİK-“Turan Tovuz” cütünün qalibi // “İnter”
“Rəvan” – “Bakı”
“Qarabağ” // “Şahdağ” – “Şəmkir” cütünün qalibi
“Neftçala” – “Sumqayıt”
“Neftçi” // “Şərurspor” – “Qaradağ Lökbatan” cütünün qalibi
“Xəzər Lənkəran” – “Kəpəz”
“Qəbələ” – “Mil-Muğan”
AzAL – “Zirə”

Həmin kateqoriyadan