“Azərbaycan UEFA-nın etibarlı tərəfdaşlarındandır”

“Elxan Məmmədov uğurlu fəaliyyəti sayəsində FİFA-nın Avropa milli assosiasiyalar üzrə direktoru oldu. Onun xələfi Sərxan Hacıyev qitənin yerli təşkilatlar arasında ən gənc baş katiblərdəndir. Ona da gələcək karyerasında nailiyyətlər arzulayırlq”

Allsport.az saytı xəbər verir ki, bunu AFFA-nın konfransında UEFA-nın milli assosiasiyalar departamentinin nümayəndəsi Jozef Kliment dedi. O bildirdi ki, ölkəmiz etibarlı tərəfdaşlardandır:

“Azərbaycan UEFA-nın ən vacib üzvlərindən biridir. Burada müxtəlif böyük futbol tədbirləri keçirilib. Azərbaycanda infrastruktur ildən-ilə yaxşılaşır. Klub səviyyəsində “Qarabağ”ın uğurlarından danışmaq olar”.

Həmin kateqoriyadan