“Azərbaycan yığması bizə çətinlik yaşada bildi”

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində “Dalğa Arena”da keçirilmiş və yığmamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatmış Azərbaycan – Finlandiya oyunundan sonra mətbuat konfransı təşkil olunub. Allsport.az xəbər verir ki, rəqib komandanın baş məşqçisi Tommi Kautonen qələbəni belə şərh edib:

“Hesab edirəm ki, hər iki komanda üçün çətin oyun oldu. Azərbaycan yığması Avstriyadakı məğlubiyyətdən sonra toparlanmağı bacarmışdı və bu gün bizə çətinlik yaşada bildi. Qapıçımız bir neçə epizodda bizi qoldan xilas etməyi bacardı. Amma rəqib qapıçı da yaratdığımız təhlükəli vəziyyətlərdə yaxşı oynadı”.

Həmin kateqoriyadan