Azərbaycanın ən yaxşı stend atıcıları kimlər oldu?

26-29 mayda stend atıcılığı üzrə Azərbaycan çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, Bakı atıcılıq mərkəzində keçirilən yarışda kişilər dairəvi və səngər stendində, qadınlar dairəvi stenddə qüvvələrini sınayıblar. 30 idmançının qatıldığı turnirdə “Qəbələ” İdman Klubunun üzvləri uğurla çıxış ediblər.

Hər 3 yarışda qızıl mükafatı klubumuzun atıcıları qazanıblar. Kişilər arasında dairəvi stenddə Emin Cəfərov, səngər stendində Elvin İsmayılov, qadınların mübarizəsində Nurlana Cəfərova çempion adına yiyələniblər. “Qəbələ” Atıcılıq Klubunun vitse-prezidenti Elvin İsmayılov bu mükafatı səngər stendində imza atdığı yeni respublika rekordu ilə qazanıb.

Həmin kateqoriyadan