- Baxış sayı: 12
- 25 İyun 2026 04:03
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

Azərbaycanlı hakimlər briqadası gənclərdən ibarət yığma komandalar arasında AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Çexiya və Malta yığmaları arasındakı oyunu idarə ediblər. Allsport.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Rəhim Həsənov olub.
Ona Namiq Hüseynovla Vaqif Musayev kömək ediblər. Dördüncü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirib.
Çexiyanın 4:1 hesabıyla qalib gəldiyi oyunda Həsənov iki sarı vərəqə göstərib. O, hər iki oyunda maltalıları cəzalandırıb.