AzAL “Zirə”yə səfərdə qalib gəldi

“Zirə” AÇ-2016-nın seçmə mərhələsinin oyunları ilə bağlı Topaz Premyer Liqasında yaranan fasilədə yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, “qartallar” AzAL-la üz-üzə gəliblər.

Baş məşqçi Adil Şükürov start heyətində Kamal Bayramov, Sadiq Quliyev, Yovan Krneta, Aleksandr Şemonayev, Çimezi Mbah, Luis Alberto, Tərzin Cahangirov, Viktor İqbekoyi, İqor İvanoviç, Rəşad Avdullayev və Rihairo Muelensə şans verib. Fasilədən sonra isə demək olar bütün komanda dəyişdi və Elməddin Məmmədov, Ruslan Cəfərov, Hacı Əhmədov, Təmkin Xəlilzadə, Eltun Hüseynov, Dieqo de Souza, Eduardo da Konseysao, Nicat Qurbanov, İlqar Hüseynov, Nurlan Novruzov və Vüsal İsgəndərli meydana daxil olub.

Milli komandalarda olan futbolçular – Anar Nəzirov, Adil Nağıyev, Tellur Mütəllimov və Nelson Bonilla oyunda iştirak etməyib. Zirə İdman Kompleksində keçirilən oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın əvvəllərində AzAL hesabı açıb. Oyun ərzində daha çox üstünlüyə malik olan zirəlilər isə bu üstünlüyü hesabda əks etdirə bilməyib. Görüşün 2-ci hissəsində Nicat Qurbanova qarşı edilən kobudluğa görə təyin olunan penaltini yerinə yetirən Təmkin Xəlilzadə qapı dirəyini “nişan alıb”.

Həmin kateqoriyadan