“Azarkeşlərin dəstəyi sayəsində yunanları keçməyə çalışacağıq”

Çempionlar liqasının 2-ci təsnifatında iyulun 28-i saat 21:00-da “Bakcell arena” stadionunda “Neftçi” – “Olimpiakos” oyunu öncəsi mətbuat konfransı keçirildi. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Samir Abbasov görüşlə bağlı bunu dedi:

“İlk oyunda rəqib barədə hər şey bəlli oldu. Rəqib güclüdür. Tam gücümüzü ortaya qoyacağıq. İtkilərimiz var, amma bu barədə danışmaq istəmirəm.

Sabah taktiki dəyişikliklər ola bilər. Hərçənd hələ tam qərar verməmişik. Cavab gözləyirik vaxta var. Əsas futbolçuların psixoloji durumunun yüksək olmasıdır. Allah qoysa, azarkeşlərin dəstəyi sayəsində mərhələni adlayan tərəf biz olarıq”.

Həmin kateqoriyadan