Bakı Atıcılıq Mərkəzində qitə çempionatına qatılacaq atıcılarımız məlumdur

İyulun 21-dən avqustun 4-dək Bakı Atıcılıq Mərkəzində keçiriləcək Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, komandamız 25, 50 və 300 metr məsafələrdən hədəfi nişan almada güllə, həmçinin stendin bütün növündə təmsil olunacaq.

Güllə atıcıların rəqabətində yeniyetmələrdə Nəzrin Abbaslı, stend atıcılığında Mirmömin Ağazadə, Cavid Həsənov, Aydan Camalova, Vaqif Məhəmmədov və Sabir Mehdizadə çıxış edəcəklər.

Ustalarda adı son çəkilən növdə Niyaz Ağazadə, Paşa Əhədpur, Əlimirzə Quliyev, Şəfəq Əmrahova, Fuad Qurbanov, Əli Hüseynli, Elvin İsmayılov, Emin Cəfərov, Nurlanə Cəfərova, Püstəxanım Məlikova, Tamerlan Məmmədov, Regina Meftəhəddinova və Ramil Rüstəmzadə, güllə atıçılığında Ruslan Lunyov mübarizə aparacaq.

Həmin kateqoriyadan