Bakı atıcılıq mərkəzində stend atıcılığı üzrə ölkə kuboku

Mayın 12-15-də Bakı atıcılıq mərkəzində stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda səngər və dairəvi növlərdə müxtəlif şəhər və rayonlarından ümumilikdə 50 idmançı iştirak edəcək.

Azərbaycanın stеnd atıcılığında olimpiya oyunlarında iştirakı Sеul-1988-dən başlayıb. Ölkəmiz ilk qızıl medalı da məhz bu növdə qazanıb. Sidney-2000-də Zеmfira Mеftəhəddinоva 100 mümkün хaldan 98-ni toplayaraq, dünyanın ən sərrast stеnd atıcısı kimi tariхə düşüb.

Azərbaycanda beynəlxalq standartlara uyğun Qəbələ atıcılıq klubu və Bakı atıcılıq mərkəzi fəaliyyət göstərir. Adı son çəkilən qurğunun infrastrukturu və təchizatı Avropanın 4 ən yaxşı mərkəzindən biri sayılır.

Həmin kateqoriyadan