- Baxış sayı: 77
- 16 Sentyabr 2026 18:12
- Baxış sayı: 232
- Sentyabr 23, 2026
- 0

Bu gün “Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda – “Bakcell Arena”da Yunanıstanın PAOK komandasını qəbul edəcək. Allsport.az xəbər verir ki, matç saat 22:00-da start götürəcək.
“Qəbələ” İdman Klubu qarşılaşmanın gec saatda başa çatacağını nəzərə alaraq Bakı Metropoliteninə bu gün iş rejiminin saat 01:30-dək uzadılması xahişi ilə müraciət edib. Müraciət Bakı Metropoliteni tərəfindən müsbət cavablandırılıb. “Qəbələ” İdman Klubu bu addıma görə Bakı Metropoliteninə təşəkkür edir.