“Bankçılar”ın keçmiş baş məşqçisi: “Biz dünya çempionuna qarşı əla mübarizə apardıq”

Gürcüstan millisinin baş məşqçisi Kaxaber Sxadadze Avro-2016-nın seçmə qrupp mərhələsində Almaniya ilə matçdan sonra açıqlama verib. Allsport.az saytı xəbər verir ki, Bakı “İnter”inin keçmiş çalışdırıcısı rəqibə 1:2 hesab ilə uduzduqları oyundan razı qalıb:

“Öncə Almaniya millisini qələbə münasibətilə təbrik edirəm. Öz uşaqlarıma da əla oyuna görə minnətdaram. Öz komandamla fəxr edirəm. Biz dünya çempionuna qarşı əla mübarizə apardıq.

Düşünmürəm ki, bu tsikldə Almaniya millisinin qapısı qarşısında bizim qədər qol epizodu yaradan komanda olsun. Mən millimizin artırdığını görmək istəyirdim. Tiflisdəki ilk görüşdə Almaniyaya uduzmuşduq. Həmin matçdan bu yana çox artırmışıq. Düz yolda olduğumuzu deyə bilərəm. Millini çalışdırandan bu yana ən yaxşı oyunumuzu oynadıq”.

Xatırladaq ki, bu matçda Bakı “İnter”inin 2 futbolçusu Nika Kvekveskiri və Zurab Xizanişvili forma geyinib.

Həmin kateqoriyadan