- Baxış sayı: 30
- 09 Avqust 2026 13:24
- Baxış sayı: 221
- Avqust 05, 2026
- 0

“Bavariya”nın hücumameyilli yarımmüdafiəçisi Pol Uanner PSV-yə keçib.
Allsport.az xəbər verir ki, Niderland klubu almaniyalı futbolçu ilə 5 illik müqavilə imzaladığını açıqlayıb.
PSV 19 yaşlı oyunçu üçün Münhen təmsilçisinə 15 milyon avro ödəyib.
Ötən mövsüm Almaniyanın “Haydenhaym” klubunda icarə əsasında çıxış edən uanner 41 matçda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.