- Baxış sayı: 43
- 17 İyun 2026 17:35
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

Xəbər verdiyimiz kimi, Azərbaycanı Avropa Liqasında təmsil edən “Kəpəz”, “Qəbələ” və “Neftçi”nin 2-ci təsnifat mərhələsindəki rəqibləri bəllidir. Allsport.az saytının məlumatına görə, komandalarımızın növbəti oyunlarının vaxtı və yeri də məlumdur.
“Qəbələ” növbəti mərhələdə Macarıstan MTK-sı ilə qarşılaşacaq. Təmsilçimiz ilk oyunu iyulun 14-də səfərdə, əvəz matçını isə ayın 21-də Bakıda keçirəcək.
“Neftçi” Makedoniya “Şkendiya”sı ilə üz-üzə gələcək. İlk matç iyulun 14-də paytaxtda, cavab görüşü ayın 21-də səfərdə olacaq.
“Kəpəz” isə Avstriya “Admira”sı ilə münasibətlərinə aydınlıq gətirəcək. Birinci oyun iyulun 14-də səfərdə, digəri ayın 21-də Bakıda baş tutacaq.