- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

“Liverpul” “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellingemi transfer etmək üçün 180 milyon avro təklif edib.
Allsport.az xəbər verir ki, İngiltərə klubu mərkəz xəttində uzunmüddətli liderə ehtiyac duyduğu üçün artıq qarşı tərəflə əlaqə yaradıb.
Lakin “Real”ın prezidenti Florentino Peres bu təklifi qəti şəkildə rədd edib. Madrid təmsilçisi Bellingemin əvəzolunmaz olduğunu hesab edərək onun satışını istisna edib.
Cari mövsümdə 22 matçda 5 qol və 4 ötürmə ilə yadda qalan 22 yaşlı futbolçunun klubu ilə müqaviləsi 2029-cu ilədək nəzərdə tutulub.