- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 220
- Avqust 05, 2026
- 0

Rafael Benites “Panatinaikos”un baş məşqçisi təyin edilib.
Allsport.az xəbər verir ki, 65 yaşlı ispan məşqçi “Selta Viqo”dan ayrıldıqdan sonra 2024-cü ilin mart ayından bəri işsiz idi. Benites əvvəllər “Everton”, “Dalian Pro”, “Nyukasl”, “Real Madrid”, “Napoli”, “Çelsi”, “İnter Milan”, “Liverpul” və digər komandaları çalışdırıb.
“Panatinaikos” hazırda Yunanıstan premyer liqasında 7-ci, Avropa liqasında isə 28-ci yerdədir.