- Baxış sayı: 40
- 08 Noyabr 2026 10:36
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Avropa liqasının “İ” qrupunun 3-cü turunda “Sivasspor” öz meydanında “Qarabağ”a 2:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, matçdan sonra komandamızın baş məşqçisi Qurban Qurbanov bunu deyib:
“Sivasspor”u təbrik edirəm. Vacib 3 xal qazandılar. Çox yaxşı müdafiə olunan və sürətli əks-hücumlar edən komandaya qarşı oynadıq. Futbolçular çox çalışdılar. Maksimum səylə topu özümüzdə saxlamaq istəyirdik.
Bir standart vəziyyət, bir də əks-hücumdan qol buraxdıq. Qrafikimiz çox sıxdı. Bu oyunu yaddan çıxarıb, qarşıdakı matçlara baxacağıq. Daha doğru, daha düzgün hazırlaşmalıyıq”.