“Bizdə bu baxımdan problemlər olur”

Premyer liqasının 21-ci turunda “Səbail” – “Qarabağ” oyunundan (1:2) sonra qonaqların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az saytı 52 yaşlı mütəxəssisin açqılamasını təqdim edir:

“Futbolçularımı təbrik edirəm. Çox vacib üç xal əldə olundu. Matç gərgin keçdi. Çox yaxşı və istəkli komanda ilə qarşılaşdıq. Sonda qalib gəlməyi bacardıq. Hər iki komandaya uğurlar arzulayıram. Belə meydanda topla davranmaq asan olmur.

Bu, hər 2 komanda üçün belədir. Amma rəqib burada daha çox matç keçirdiyi üçün özünü yaxşı hiss edir. Bizdə bu baxımdan problemlər olur. Hər görüşdə dominant futbol oynaya bilmərik”.

Həmin kateqoriyadan