“Boz ev” 5 klubu cərimələyib

Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra premyer liqasının ilk turu ilə bağlı qərarlar qəbul olunub:

“Keşlə” – “Qarabağ” matçının 74-cü dəqiqəsində ev sahibinin futbolçusu Emin Mehdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. “Qarabağ”ın bəzi rəsmiləri “A” buraxılışından istifadə etmədiklərinə görə, klub 800 manat cərimə olunub.

“Qəbələ” – “Sumqayıt” matçında “kimyaçılar”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Asif Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Qəbələ” azarkeşi tunelə daxil olaraq hakimlər briqadasını təhqir etdiyi üçün meydan sahibi klub 4000 manat cərimə olunub. Oyun “Sumqayıt” klubunun günahı ucbatından 9 dəqiqə gec başlandığı üçün klub 800 manat cərimələyib.

“Neftçi” – “Sabah” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Həmin kateqoriyadan