- Baxış sayı: 38
- 08 Noyabr 2026 23:57
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Rio-2016-da 21 yaşlı gənclərin futbol yarışı başa çatıb. Allsport.az saytı xəbər verir ki, həlledici matçda Braziliya və Almaniya komandaları qarşılaşıblar. Görüşün əsas hissəsi heç-heçə bitib – 1:1. Əlavə vaxda meydan sahibləri üstün oynasa da, hesab dəyişməyib.
Qalibi 11-metrlik cərimə zərbələri müəyyənləşdirib. Penaltilərdə dəqiq olan Neymarın komandası tarixində ilk dəfə olimpiya çempionluğunu qazanıb (5:4).