“Yaşıl timsahlar”a ağır cəza

Türkiyə futbol federasiyasının peşəkar futbol intizam şurası “Bursaspor”a 9 matçı tamaşaçısız keçirmək cəzası verib.

Allsport.az xəbər verir ki, federasiyadan yayılan açıqlamada, “yaşıl timsahlar”ın Türkiyənin 2-ci liqasının 25-ci turda “Əhmədspor”la oyunda olan hadisələrə görə komandaya 9 matçı azarkeşsiz keçirmək cəzası təyin olunduğu vurğulanıb.

Oyunda “Bursaspor”un azarkeşləri qaydaları pozublar. Onlar meydana daxil olublar, meydana yad cismlər atıblar, “Əhmədspor”un futbolçularına hücum ediblər. Ona görə də klub 9 oyunu azarkeşsiz keçirməklə cəzalandırılıb, 326 min lirə cərimələnib.

Həmin kateqoriyadan