- Baxış sayı: 17
- 10 Noyabr 2026 10:16
- Baxış sayı: 241
- Noyabr 09, 2026
- 0

Regional həvəskarlar liqası komandalarından olan “Nilüfer belediyespor” – “Bursaspor”un əfsanəsi Pablo Martin Battalanı baş məşqçi postuna gətirib.
Allsport.az xəbər verir ki, “Timsahlar”ın çempion heyətində yer alan və klubun əfsanələrindən olan Battala, “Nilüfər”lə 3 illik müqavilə imzalayıb.
2009-2010-cu il mövsümündə argentinalı Super liqa çempionluğunu qazanan “Bursaspor”un heyətinin əsas iştirakçılarından idi.
1.70 metrlik yarımmüdafiəçi ümumilikdə 8 mövsüm geyindiyi yaşıl-ağ forma ilə 2 ayrı dövrdə 250 matça çıxıb, 68 qol vurub, 16 məhsuldar ötürmə edib.