- Baxış sayı: 54
- 09 İyun 2026 14:32
- Baxış sayı: 55
- İyun 08, 2026
- 0

Azərbaycan vətəndaşı Boris Nəcəfov sentyabrın 5-də Cəbəllütariq boğazını üzərək keçib. Allsport.az saytı xəbər verir ki, o, 16,2 km məsafəni üzüb.
İdmançının iştirak etdiyi üzmə hədəfi Avropanın və İspaniyanın cənub nöqtəsindən – Tarifə şəhərindən başlayıb və Afrikada – Mərakeşdə başa çatır.
Həmyerlimiz bildirib ki, Cəbəllüttariq boğazında üzmə zamanı rəqiblər insanlar deyil – külək, dalğalar, soyuq su və Atlantik okeanından gələn güclü axındır. Burada üzmək üçün hava şəraitini gözləmək lazımdır.