Cavid İmamverdiyev: Erkən qol buraxsaq da, ruhdan düşmədik

“Sabah”ın kapitanı Cavid İmamverdiyev premyer liqasının 23-cü turu çərçivəsində “Səbail”ə qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunu söyləyib:

“Bizim üçün vacib oyun idi. Bu matçadək olan son 7 qarşlaşmada qalib gələ bilməmişdik. Oyuna yaxşı başlamadıq. Lakin erkən qol buraxsaq da, ruhdan düşmədik.

Uşaqlar xarakter nümayiş etdirdilər. Son oyunlarda qalib gələ bilmədiyimizi nəzərə alanda, bu qələbə yerinə düşdü. Qalibiyyətimizə qolla töhfə verdiyimə görə sevinirəm.

Bu qələbə bizim üçün əla motivasiya olacaq. Qarşıdakı oyunlara daha həvəslə hazırlaşacağıq”.

Həmin kateqoriyadan