Çempionlar liqasının formatı dəyişir

Avropanın top-klubları yeni turnirin təşkili ilə bağlı görüşlər keçirirlər. Allsport.az xəbər verir ki, Avropa super liqası adlı turnirin yaradılması planı UEFA-nı reaksiya göstərməyə məcbur edir. Ali qitə qurumu bu səbəbdən çempionlar liqasındakı mövcud formatı dəyişməyə, rəqabəti daha cəlbedici etməyə çalışır.

“Sky Sport”un məlumatına görə, İngiltərə klubları UEFA-dan çempionlar liqasında format dəyişikliyinin baş verəcəyi barədə xəbər alıblar. Qeyd edilib ki, yeni formatda qrup mərhələsi ləğv olunacaq.

Yeni formatda 32 komandanın 1 qrupda mübarizə aparması planı var. Hətta klubların sayının 36-ya yüksəldilməsi də mümkündür. 

İsveçrə modelinə yaxın olan sistemlə UEFA daha maraqlı oyunların baş tutmasını istəyir. Dəyişikliyi “Yuventus”un prezidenti, Avropa klublar birliyinin sədri Andrea Aqnelli də dəstəkləyir. UEFA-nın dəyişiklikləri müzakirə etdiyi və 2 mövsüm sonra tətbiqinin mümkün olduğu bildirilir.

Həmin kateqoriyadan