- Baxış sayı: 6
- 24 İyun 2026 15:16
- Baxış sayı: 73
- İyun 23, 2026
- 0

“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.
Allsport.az xəbər verir ki, “qırmızı-ağlar” Coşqun Diniyevi heyətinə qatıb.
29 yaşlı yarımmüdafiəçi muxtar respublika təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.
Millinin də formasını geyinən Coşqun Diniyev müxtəlif illərdə Premyer Liqanın “İnter”, “Qarabağ”, “Sabah” və “Zirə” klublarında çıxış edib. O, Türkiyənin “Ümraniyəspor”, “Bandırmaspor” komandalarının hər birində bir mövsüm keçirib. Diniyevin son klubu isə “Çorum” olub.