Dübua ilə Usikin revanş döyüşü

Ağır çəkidə WBC, WBA və WBO seriyaların çempionu, məğlubedilməz ukraynalı Aleksandr Usik iyulun 19-da Londondakı Uembli stadionunda 120 kq çəki dərəcəsində İBF titulunun sahibi britaniyalı Daniel Dübua ilə revanş döyüşü keçirəcək.

Allsport.az xəbə verir ki, döyüş həmçinin “The Ring” kəməri uğrunda olacaq.

Usik sonuncu döyüşünü dekabrın 22-də Ər-Riyadda keçirib. Onun rəqibi Böyük Britaniya təmsilçisi Tayson Füri olub. Boksçular üçün bu, cavab görüşü idi. Döyüş yekdil qərarla Aleksandrın qələbəsi ilə başa çatıb.

Dübua fevralın 22-də Səudiyyə Ərəbistanında keçmiş dünya çempionu Cozef Parkerə qarşı titulunu qorumağı planlaşdırmışdı, lakin xəstəlik səbəbindən turnirdə iştirak edə bilmədi və nəticədə afrikalı Martin Bakole ilə əvəz olundu.

Həmin kateqoriyadan