- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

İspaniya millisi ilə 2010-cu il dünya çempionatının qalibi, müdafiəçi Raul Albiol “Piza” ilə müqavilə imzalayıb.
Allsport.az xəbər verir ki, bu barədə “A” seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Sentyabrın 4-də 40 yaşı tamam olacaq ispaniyalı futbolçu bu yay 2019-cu ildən formasını geyindiyi “Vilyarreal”dan azad agent kimi ayrılıb. O, ötən mövsüm la liqada 15 oyun keçirib.
Raul Albiol həm də “Real Madrid” və “Napoli”dəki çıxışları ilə tanınır.