Dünyanın ilk milyardçı futbolçusunun dəbdəbəli villası. Onun qonşusu Konor Makqreqordur

“Yuventus”un ulduz hücumçusu Kriştianu Ronaldunun Marbelyedə lüks həyət evinin şəkili yayımlanıb. Allsport.az saytının məlumatına görə, 4 yataq otağı olan villa futbolçuya 1,5 milyon avroya başa gəlib.

Aralıq dənizinə baxan bu tikili şəhərətrafı qolf klubunun yanında yerləşir. Portəgizin ixtiyarında idman salonu, ev teatrı və böyük hovuz var. Onun qonşularından biri UFC döyüşçüsü Konor Makqreqordur.

İyunun 5-də “Forbes” jurnalı Ronaldunun tarixdə bir milyard dolları ötmüş ilk futbolçu olduğunu yazıb. 17 illik karyerasında müxtəlif klublarda çıxış edib və 650 milyon dollar qazanıb. Qalan vəsaiti himayədarlıq müqavilələrindən alıb.

Kriştianu 5 dəfə “Qızıl top”a yiyələnib. Üstəlik, çempionlar liqasının 5-qat qalibi, İngiltərə, İspaniya və İtaliya çempionudur. Portuqaliya millisi ilə Avropa çempionluğunu qazanıb.

Həmin kateqoriyadan