Eddi İsrafilov oynamadı, “Eybar” qalib gəldi

İspaniya La Liqasında 10-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – “Eybar” da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Rayo Valyekano” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən 1:0 hesablı qələbə ilə ayrılıb. İsrafilov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, “Eybar” hazırda 16 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Həmin kateqoriyadan