Eddi İsrafilovsuz “Qranada” qələbəni əldən verdi

İspaniya La Liqasında 30-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – “Qranada” da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Selta” ilə qarşılaşıb. Erkən qol vuran və uzun müddət hesabda öndə olan “Qranada” yalnız 90-cı dəqiqədə buraxılan qol nəticəsində qələbəni əldən verib – 1:1. Zədəli Eddi bu qarşılaşmanın iştirakçısı olmayıb.

Qeyd edək ki, “Qranada” hazırda 24 xalla 19-cu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan