- Baxış sayı: 122
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 534
- Oktyabr 21, 2026
- 0

15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Qazaxıstanda keçirilən UEFA inkişaf turnirində ilk matçını keçirib.
Allsport.az xəbər verir ki, yığmamız ev sahiblərinin müvafiq yaş qrupundan ibarət seçməsi ilə üz-üzə gəlib. Şimkənd şəhərindəki “Namys” arenasında baş tutan qarşılaşma qazaxların 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
Komandamızın yeganə qoluna 71-ci dəqiqədə Zəhra Əkbərli imza atıb.
U-15 millimiz turnirdəki növbəti sınağına avqustun 14-də Rusiya yığmasına qarşı çıxacaq.