- Baxış sayı: 55
- 01 Noyabr 2026 18:26
- Baxış sayı: 254
- Oktyabr 25, 2026
- 0

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.
Allsport.az saytı xəbər verir ki, U-17 Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Milli komandaların təlim-məşq mərkəzində təşkil olunan görüş rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu komandalar iyulun 1-də ikinci yoxlama oyununda üz-üzə gələcəklər.