- Baxış sayı: 37
- 06 Oktyabr 2026 23:51
- Baxış sayı: 183
- Oktyabr 04, 2026
- 0

Bu gün Qəbələdə gənclər (U-20) millimiz beynəlxalq yoldaşlıq oyununda Yaponiya futbolçularına qalib gəldi. Allsport.az saytı xəbər verir ki, görüşün əsas hissəsi 0:0 bitdi. 11-metrlik zərbələrdə bizimkilər daha dəqiq oldular – 5:4. Mətbuat konfransında baş məşqçimiz Ruy Jorje bunu dedi:
“Futbolçuların hazırkı durumunun orta səviyyədə olması anlaşılandır. Yola yeni başlamışıq. Klubların işinə müdaxilə edə bilmərəm. Milli üzvləri öz komandalarında əsas heyətə düşməyə haqq etməlidirlər.
Tək gileylənməklə iş bitmir. Bu gün hesah məni qane etdi. Hücuma keçəndə, çəkinmək lazımdır deyil. Bu və digər məqamlar barədə futbolçularla söhbətim olur.
Hazırda komandanı daha yaxşı tanıyıram. Oyunçuların keyfiyyəti var, amma Avropa həddində deyil. Heyətin bütün üzvlərindən razıyam. Millinin qapıları hər kəsə açıqdır. Özünü yaxşı tərəfdən göstərənə fürsət veriləcək”.
Kamran HACI, Qəbələ