Milli əfqanlarla bacarmadı

Milli əfqanlarla bacarmadı

Azərbaycan millisi FİFA U-15 dünya çempionatında bu gün sonuncu matçına çıxıb.

Allsport.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv 83-cü yer uğrunda görüşdə Əfqanıstan seçməsi ilə qarşılaşıb.

Əsas vaxtı 3:3 hesabıyla bitən matçın qalibi penaltilər seriyasında məlum olub. Son zərbələrdə dəqiq olan əfqanlar qələbə qazanıb.

Azərbaycan yığması “AF” qrupunu 3-cü sırada bitirib.

Bu gün FİFA U-15 dünya çempionatı və futbol festivalına yekun vurulacaq. Bağlanış mərasimi Bakı kristal zalında keçiriləcək.

Həmin kateqoriyadan