“8 komandalı çempionatda hər oyun mübarizədir”

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, çempionatdakı hər xalın böyük əhəmiyyəti olduğunu deyib:

“Həftəsonu istər televiziya vasitəsilə, istərsə də stadionda premyer liqanın oyunlarını izlədim. 8 komandalı çempionat həm də o deməkdir ki, heç bir komandaya arxayınlaşmaq olmaz.

Hər oyun mübarizədir, hər xalın böyük əhəmiyyəti var. Gələcəkdə komanda sayı artarsa, hazırkı mübarizə əzmini qoruyub-saxlamaq vacibdir”.

Həmin kateqoriyadan