- Baxış sayı: 34
- 10 Noyabr 2026 10:16
- Baxış sayı: 241
- Noyabr 09, 2026
- 0

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov onlayn mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Allsport.az xəbər verir ki, federasiya rəsmisi “2007-ci ildən bəri olan fəaliyyətinizi özünüz 10 ballıq sistem üzrə neçə olaraq qiymətləndirərsiz” sualını belə cavablandırıb:
“Məktəbdə bir məllimim vardı. O da soruşurdu ki, özünüzü necə qiymətləndirərsiz. Təbii ki, sonda jurnala qiyməti müəllim yazır. Adam özünə qiymət verməz. Mənə qiyməti icraiyyə komitəsinin üzvləri verir. Mən baş katib kimi başladım, hazırda icraçı vitse-prezidentəmsə, deməli, nələrisə düzgün etmişəm. Mənə qiyməti məni işə götürənlər verirlər”.