- Baxış sayı: 43
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 149
- Sentyabr 23, 2026
- 0
İsveç çempionatında 30-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Emin Nurinin komandası – “Kalmar” da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Qotenburq”la qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Emin bu dəfə də start heyətdə yer alıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, “Kalmar” hazırda 31 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.