Emin Nurisiz “Kalmar” evdə məğlub oldu

İsveç çempionatında 23-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Emin Nurinin komandası – “Kalmar” da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Norrçöpinq”lə qarşılaşıb. Görüş futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 1:2. “Kalmar”ın əsas heyət oyunçularından olan Eminin adı bu matçın iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, “Kalmar” hazırda 23 xalla 16 klub arasında 12-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan