- Baxış sayı: 44
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 149
- Sentyabr 23, 2026
- 0

Premyer Liqasında 7-ci tura start verilib. Allsport.az saytı xəbər verir ki, AzAL doğma meydanında “Rəvan”ı məğlub edərək, qələbəsiz matçlar seriyasına son qoyub. Matçdan sonra keçirilən mətbuat konfransında məyusedici hadisə yaşanıb.
Belə ki, qonaq komandanın baş məşqçisi Emin Quliyevin səhhətində problem yarandığından, konfransda iştirak etməyib. Onu köməkçisi Rövşən Babayev əvəzləyib: “Tərlan Əhmədovu təbrik edirəm. AzAL əzmkar oyun sərgilədi. Bizdə bəxt çatmır. Çalışacağıq ki, gələn oyunlarda problemi aradan qaldırıb, yaxşı futbol sərgiləyək, nəticə qazanaq”.