“Fənərbağça” Enner Valensiyaya yeni müqavilə təklif edib

Qış fasilləsindəki transfer müddəti bitdikdən sonra “Fənərbağça” daxili transfer işlərinə üz tutub. 

Allsport.az xəbər verir ki, Türkiyə klubu mövsümə damğasını vuran Enner Valensiyaya yeni müqavilə təklif edib. “Sabah” qəzetində çıxan xəbərə görə, “Fənərbağça” rəhbərliyi Valensiyaya 2,5 milyon avroluq maaşın 1,7 milyon avroya endirən 1+1 illik müqavilə təklif edib.

Bunadək Braziliya mətbuatı “İnternasional” klubunun ulduz futbolçunun arxasınca getdiyini və onunla razılaşmaq üçün səbirsizləndiyini iddia edib.

Ekvadorlu futbolçu super liqada 20 matçda 23 qol vurmaqla diqqət çəkib.

Həmin kateqoriyadan