- Baxış sayı: 32
- 08 Sentyabr 2026 23:52
- Baxış sayı: 243
- Sentyabr 08, 2026
- 0

“Komо” hücumçusu Roberta Piççi ilə müqavilənin müddətini uzadıb.
Allsport.az xəbər verir ki, 34 yaşlı futbolçuya süd vəzi xərçəngi diaqnozu qoyulub.
Klub buna baxmayaraq, Piççi ilə yeni müqavilə imzalayıb. Tərəflər arasındakı anlaşmanın müddəti 2027/28 mövsümünün sonunadək nəzərdə tutulub.
“Komо”nun açıqlamasında futbolçunun müalicəyə başlayacağı bildirilib. Müalicə prosesi klubun tibbi heyətinin və müvafiq mütəxəssislərin nəzarəti altında həyata keçiriləcək.
Klub Roberta Piççi və ailəsinə qarşıdakı aylarda lazımi dəstəyin göstəriləcəyini də vurğulayıb.
“Komо” ictimaiyyətdən futbolçunun müalicə və sağalma prosesinə diqqət yetirməsi üçün onun şəxsi həyatına hörmətlə yanaşmağı xahiş edib.