- Baxış sayı: 34
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 72
- Sentyabr 17, 2026
- 0

“Neftçi”nin qadın futbolçulardan ibarət komandası UEFA çempionlar liqasının 2026/2027 mövsümünə qələbə ilə başlayıb.
Allsport.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv turnirin 1-ci təsnifat mərhələsində Monteneqronun “Buduçnost” klubu ilə üz-üzə gəlib.
Yunanıstandakı Veria stadionunda baş tutan 1-ci qrupun yarımfinal matçının əsas və əlavə vaxtında qapılara qol vurulmayıb.
Penaltilər seriyasında üstün (4:3) olan “Neftçi” mərhələ adlayıb. Komanda finalda PAOK (Yunanıstan) – “Hapoel” (Yerusalim, İsrail) duelinin güclüsü ilə qarşılaşacaq. Qalib komanda II təsnifat mərhələsinə yüksələcək.